Yerli ve yabancı en güzel şarkıların şarkı sözleri müzik klipleri karaokeleri eşliğinde müzik dinleme keyfini sizlere sunuyoruz.

Articles by "Jin (Ceyhun Zeynalov) Şarkı Sözleri"

Jin (Ceyhun Zeynalov) - Sevdim Şarkı Sözleri


Əlimin aşağı vaxtına düşdü sevməyim
Ürəyim soruşmadan sevdim neyləyim?
Əlimin aşağı vaxtına düşdü sevməyim
Buna sevinim, ağlayım ya neyləyim?

Axı sevdim
Həyatımda sevmədiyim qədər
Təssəvür etmədiyim qədər
De niyə belə gətirdi talehim?

Sevdim
Həyatımda sevmədiyim qədər
Təssəvür etmədiyim qədər
De niyə belə gətirdi talehim?

Yoxsa yenə mənə dərs verir
Zalım fələk
Acılarla sınayır qəlbimi
Yoxsa göydən endirib mələk
Yaşatsın əsl sevgini

Yoxsa yenə mənə dərs verir
Zalım fələk
Yaralarla yandırır qəlbimi
Yoxsa göydən endirib mələk
Yaşatsın əsl sevgini

Yo yo yo...

Qışın oğlan çağına düşdü sevməyim
Bu qış o qış deil tanış deyil
Qışın oğlan çağına düşdü gelməyin
Bu qışı mən yay bildim bu qış deyil

Səni sevdim
Həyatımda sevmədiyim qədər
Təssəvür etmədiyim qədər
Nə yaxşı belə gətirdi talehim

Ayy sevdim
Həyatımda sevmədiyim qədər
Təssəvür etmədiyim qədər
Nə yaxşı gətirib talehim

Yoxsa yenə mənə dərs verir
Zalım fələk
Acılarla sınayır qəlbimi
Yoxsa göydən endirib mələk
Yaşatsın əsl sevgini

Yoxsa yenə mənə dərs verir
Zalım fələk
Yaralarla yandırır qəlbimi
Yoxsa göydən endirib mələk
Yaşatsın əsl sevgini

Yo yo yo


Jin (Ceyhun Zeynalov)
Tüm Jin (Ceyhun Zeynalov) şarkı sözleri => Jin (Ceyhun Zeynalov) Şarkı Sözleri

Jin (Ceyhun Zeynalov) - Miliyonlardan Şarkı Sözleri


Mənim həyat tərzimi dəyişmək arzundur
Və bu arzuyla sən oyanırsan hər səhər
Sənin hər bir arzun mənim üçün qanundu
Mən sənin xoşbəxtliyin uğrunda vuruşan əsgər

Gələndə telefonda səsin qoy dünya xəttdə gözləsin
Ruhumu oxşayan ətrin qoy gətirsin uşaqlıq nəğməsin

Səni mənə məni sənə evəz edə bilən yox...
Yox
Məni sənə səni mənə evəz edə bilən yox...
Yox

Sən milyonlar arsından payıma düşən
Qismətimsən
Sən milyonlardan ən gözəl payıma düşən
Sevgilimsən

Səni mənə məni sənə
Məni sənə səni mənə

Biz səninlə od və su kimi fərqli olsağda
Mənim qəlbimi səndən yaxşı bilən yox
Gündə on dəfə səninlə savaşsağda
Ayrı qala bilmərik bir birimizdən

Çox xoşbəxtəm sən yanımda olanda
Mən xoşbəxtəm sən saçımı yolanda
Heç dəyişmə qal olduğun kimi qal
Dəyişmə al ürəyimi al

Səni mənə məni sənə evəz edə bilən yox...
Yox
Məni sənə səni mənə evəz edə bilən yox...
Yox

Sən milyonlar arsından payıma düşən
Qismətimsən
Sən milyonlardan ən gözəl payıma düşən
Sevgilimsən

Sevgilimsən...


Jin (Ceyhun Zeynalov)
Tüm Jin (Ceyhun Zeynalov) şarkı sözleri => Jin (Ceyhun Zeynalov) Şarkı Sözleri

Jin (Ceyhun Zeynalov) Klipleri &Müzik Dinle


Jin (Ceyhun Zeynalov) - Maaş Günü Şarkı Sözleri


Bu gün maaş günü
Bu gün hər kəs öz işini sevir
Bu gün maaş günü
Bu gün heç kəs işə gecikməyir

Səndə arzular
Məndə yığılmış borclar

Yaşaaa dostlar!
Yaxşı qonşular(2x)

Yaşaaa dostlar!

Bu gün maaş günü
Bu gün hər kəs evdə məni sevir
Bu gün maaş günü
Bu gün karda sözümü eşidir

Səndə arzular
Məndə yığılmış borclar

Yaşaaa dostlar!
Yaxşı qonşular(2x)

Yaşaaa dostlar!

Heeyy hoooou (3x)

Səndə arzular
Məndə yığılmış borclar

Yaşaaa dostlar!

Soruşun məndən mən niyə beləyəm?
Maaş günümdü sazdı əhval ruhiyəm
Soruşun məndən mən niyə gülürəm?
Həyaat Həyaaat mən səni sevirəəm!


Səndə arzular
Məndə yığılmış borclar

Yaşaaa dostlar!
Yaxşı qonşular(2x)

Yaşaaa dostlar!


Jin (Ceyhun Zeynalov)
Tüm Jin (Ceyhun Zeynalov) şarkı sözleri => Jin (Ceyhun Zeynalov) Şarkı Sözleri

Jin (Ceyhun Zeynalov) - Yaşıl Gözlər Şarkı Sözleri


Təsəvvür elə dostum!
Əsir həzin yaşıl ruzi qəm
Qanadlarına alır səni yaşıl qəlblər
Deyir uçağ mənimlə..
Məndə başqa dünya var
Burda isə səni yorur suallar həyat nə ömür nə ölüm nədir?
Orda isə ancaq cavablar əriyir şam kimi
Sözümü sətir sətir...
Zaman zaman zaman dur zaman
Nə olar saatını geriyə gör zaman
Nə olar burada qalım buranı dolanım sənin qadan alım

Sevgilim bu dərdə məni salan sənin yaşıl gözlərindir
Dəryadan dərindir
Röyadan şirindir

Mən, sən, başqa heçkim,
Bu dünya tək bizim ikimizin,
Mən sən başqa heçkim.

Ay can ay can

Mən, sən, başqa heçkim,
Bu dünya tək bizim ikimizin,
Mən sən başqa heçkim.

O yaşıl yaşıl yaşıl yaşıl gözlərin..
Dəryadan dərin
Röyadan şirin

Ca ca camalın mən sənin heyran
Sanki nurdan yaradıb səni yaradan
Ya ya yaxın dur mənə..
"Həyatım mən səni sevirəm"
Pıçılda yenə..
Ətrin... ətrin.... ətrin... ətrinən danışmıram
Özümə gəlmirəm
Heç alışmıram
Mən Səni.. Səni gizlətdim hamıdan bir sir kimi
Ouu cümlələrimdə yatan mətin altı fikir kimi.

Sevgilim bu dərdə məni salan sənin yaşıl gözlərindir
Dəryadan dərindir
Röyadan şirindir

Mən, sən, başqa heçkim,
Bu dünya tək bizim ikimizin,
Mən sən başqa heçkim. (2x)

O yaşıl yaşıl yaşıl yaşıl gözlərin..
Dəryadan dərin
Röyadan şirin


Jin (Ceyhun Zeynalov)
Tüm Jin (Ceyhun Zeynalov) şarkı sözleri => Jin (Ceyhun Zeynalov) Şarkı Sözleri

Jin (Ceyhun Zeynalov) Klipleri &Müzik Dinle


Jin (Ceyhun Zeynalov) - Günəş Şarkı Sözleri


Üstümə gəlmə ki dünya dağılır
Özünə danış bu nağılı
Bəlkə marağlıdır kiminçünsə
Düzünü desəm mənimçünsə

Günəş boylanır üfüq arxasından
Mənzərəni seyr edirəm damımdan
Salam günəş gəl əlini sıxım sənin
Ol mənə yaxın isit məni
Ol mənə yaxın isit məni

Görəsən hara tələsir bu dünyanın insanları
Zəmanənin tələsi hara çəkir onları
Görəsən hara tələsir bu dünyanın insanları
Zəmanənin tələsi hara çəkir onları

Üstümə gəlmə ki dünya dağılır
Özünə danış bu nağılı
Bəlkə marağlıdır kiminçünsə
Düzünü desəm mənimçünsə

Həyat davam elə həyat
Özünə əlvan rəngləri qat
Salam həyat gəl əlini sıxım sənin
Sevginlə isit məni
Sevginlə isit məni

Görəsən hara tələsir bu dünyanın insanları
Zəmanənin tələsi hara çəkir onları
Görəsən hara tələsir bu dünyanın insanları
Zəmanənin tələsi hara çəkir onları


Jin (Ceyhun Zeynalov)
Tüm Jin (Ceyhun Zeynalov) şarkı sözleri => Jin (Ceyhun Zeynalov) Şarkı Sözleri

Jin (Ceyhun Zeynalov) Klipleri &Müzik Dinle


Jin (Ceyhun Zeynalov) - Buludlar Şarkı Sözleri


Buludlar, pambıq kimi buludlar
Bütün keçmiş qızlarıma deyin salamlar
Buludlar, pambıq kimi buludlar
Bütün keçmiş qızlarıma deyin salamlar

Üzünden güneş saçır
Sevincden baş fırlanıır
Vurulmusan, beli vurulmusan
Gözün ora – bura qaçır
De mene kimi axtarır
Vurulmusan, beli vurulmusan
De mene de mene de onu görende
Boğazın quruyur dilin tutulurmu?
De mene onu görende
Seninçün qarlı qış eriyir yay olurmu?
Geceden sehere qeder
Ev telefonundan zengler
Sen ve oo
(aloo salam sevgilim, aloo)
Bu günler menim başıma da gelib
Üreyim yanıb, donub, eriyib
Ora kimler gelib getmeyib
Oo yeah
Saf mehebbet ne demekdir bunu bilir çoxu
Eger sen de bilirsen
Mahnımın neqaretin menimle bir oxu
Yo yo yo

Buludlar, pambıq kimi buludlar
Bütün keçmiş qızlarıma deyin salamlar
Buludlaaar, pambıq kimi buludlar
Bütün qızlarıma deyin salamlar

Sinemde çırpı çırpı çırpınan üreyim
Dil aç , söyle sevmedinmi
Heyatına qonaq gelen, her xanıma
Sevginden vermedinmi
Kimese oyuncaq oldun
Kimese sığınacaq oldun
Kimlerse çekir hesretini senin
Kimese çatmadı döyüntülerin
Saf mehebbet ne demekdir bunu bilir çoxu
Eger sen de bilirsen
Mahnımın neqaretin menimle bir oxu
Yo yo yo

Buludlar, pambıq kimi buludlar
Bütün keçmiş qızlarıma deyin salamlar
Buludlaaar, pambıq kimi buludlar
Bütün keçmiş qızlarıma deyin salamlar
Buludlaaaar buludlaaaarr
Bütün keçmiş qızlarıma deyin salamlar


Jin (Ceyhun Zeynalov)
Tüm Jin (Ceyhun Zeynalov) şarkı sözleri => Jin (Ceyhun Zeynalov) Şarkı Sözleri

Jin (Ceyhun Zeynalov) - Məsafələr Şarkı Sözleri


Onu sevirəm bu mənə xoşdu
O burda deyil qəlbim naxoşdu
O bir həyat o bir nəfəs
Onun səsi ən gözəl səs

Onsuz heç nəyin yox rəngi
Onunla hər an tam fərqli
O mənim ilham pərim
O mənim təkcə mənim

Məsafələr bizi yormaz
Kim sevməyibsə heç vaxt anlamaz
Külək əssədə yağış yağsada boran olsada tufan qopsada(x2)

Səni sevirəm bu mənə xoşdu
Sən yanımdasan qəlbim sərxoşdu
O bir həyat o bir nəfəs
Sənin səsin ən gözəl səs

Sənsiz heç nəyin yox rəngi
Səninlə hər an tam fərqli
Sən mənim ilham pərim
Sən mənim təkcə mənim

Məsafələr bizi yormaz
Kim sevməyibsə heç vaxt anlamaz
Külək əssədə yağış yağsada boran olsada tufan qopsada(x2)


Jin (Ceyhun Zeynalov)
Tüm Jin (Ceyhun Zeynalov) şarkı sözleri => Jin (Ceyhun Zeynalov) Şarkı Sözleri

Jin (Ceyhun Zeynalov) Klipleri &Müzik Dinle


Jin (Ceyhun Zeynalov) - Yağış Yağır Şarkı Sözleri


Yağış yağır, seherden yağır
Men ona baxıram, o mene baxır,
Ne olar meni yanına çağır, ne olar meni yanına çağır.
Sevgilim göye bax,
Olardı indi sema ağabbağ
Seninle men kanad açardık,
Burda kalmazdık, ora uçardık
Uçardık yalan sözlerden uçardık artık gözlerden
Uçardık meslehet veren dillerden
Uçardık sirler, fikirlerden
Sus, danışma ne olar,
Gör ne pıçıldayır damcılar
Onlar, puç olmuş arzular
Ağlaya ağlaya geden mektublar


Jin (Ceyhun Zeynalov)
Tüm Jin (Ceyhun Zeynalov) şarkı sözleri => Jin (Ceyhun Zeynalov) Şarkı Sözleri

Jin (Ceyhun Zeynalov) Klipleri &Müzik Dinle


Jin (Ceyhun Zeynalov) - Dəniz Şarkı Sözleri


Papa, mama icazə ver mənə,
Bu gecə gecə gedim dənizə.
Orda gözləyir rəfiqələr məni,
Orda unuduram mən qəmi kədəri.(2x)

Gün çıxdı, gəldi yay.
Mənimki dənizdi, əvəz etmir onu çay
Yay yay
90 günlük əyləncə
Bu dəqiqələrdən başladı zənnimcə
Səhərləri açıram sahildə mən,
Doğma Xəzərin qoynunda üzürəm
Üzümə vurur soyuğ ləpələr,
Gözləyir məni nələr-nələr

More, more, Azerbaycanca dəniz,
Mi tansuem, rəqs edirik biz (2x)

Papa, mama icazə ver mənə,
Bu gecə gecə gedim dənizə.
Orda gözləyir rəfiqələr məni,
Orda unuduram mən qəmi kədəri.

Papa, mama papa icazə ver mənə,
Bu gecə gecə gedim dənizə.
Orda gözləyir rəfiqələr məni,
Orda unuduram qəmi-kədəri.


LEAPOLT DAVAY TANSEVAT PODLIY TRUS !! LEAPOLT !!! ))))))))


İsti qum, yeriniz məlum,
Qarşımda bir qiz gedir ağzında buble-gum.
Yerişi nəbzimlə bir bum-bum,

"Ay oğlan xoşuna gəlmir gözünü yum."

Qarpız, gəl sənə deyim,
Qabığlı, tumlu tumlu səni yeyim.
Bu ne yeriş, bu nə gülüş,
Dostlarımın acığına göndər mənə vozduşniy öpüş.
Getirsin gilavar.
Ulduzlu gecədə bu reqsin yeri var.
Kim bu mahnımı eşidir, 100 % demək istəyir...

Papa, mama icazə ver mənə,
Bu gecə gecə gedim dənizə.
Orda gözləyir rəfiqələr məni,
Orda unuduram mən qəmi kədəri.


Jin (Ceyhun Zeynalov)
Tüm Jin (Ceyhun Zeynalov) şarkı sözleri => Jin (Ceyhun Zeynalov) Şarkı Sözleri

Jin (Ceyhun Zeynalov) Klipleri &Müzik Dinle


Şarkı Sözleri

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget